Hüquqi təhlil və korporativ işlər şöbəsinin hüquqşünası
at
ABB
Contractual
Elanın bitmə vaxtı
3 həftə sonra
Görəcəyiniz işlər:
• Şöbənin fəaliyyət istiqamətləri üzrə hüquqi məsələlərə dair hüquqi araşdırma aparmaq və hüquqi rəylər hazırlamaq;
• Bank fəaliyyətinin inkişafı və səmərəli təşkili məqsədilə yaradılan yeni məhsulların (xidmətlərin) və layihələrin hüquqi ekspertizasını həyata keçirmək;
• Şöbənin fəaliyyəti, o cümlədən korporativ hüquqi məsələlər üzrə sənədlərin layihələrini hazırlamaq, bütün zəruri işləri görmək;
• Bankların fəaliyyəti ilə bağlı qanunvericilikdə olan yeniliklərin və dəyişikliklərin monitorinqini aparmaq;
• Öz fəaliyyəti ilə şöbənin işinin təkmilləşdirilməsinə dəstək göstərmək;
• Bankın fəaliyyətinə dair struktur bölmələrdən daxil olan, o cümlədən bank əməliyyatlarının həyata keçirilməsinə dair hüquqi araşdırma tələb edən sorğularla bağlı hüquqi rəylər vermək.
Bizim üçün uyğun namizəd:
• Ali hüquq təhsilli;
• İş təcrübəsi 1 ilədək;
• Analitik düşünmə və təhlil qabiliyyəti olan;
• Dil bilikləri: Azərbaycan dili - əla, İngilis dili – orta, Rus dili – orta;
• MS Office (əsasən MS Word və MS PowerPoint) proqramlarında sərbəst işləmək bacarığına sahib olan şəxsdir.