“M10 GROUP” Consulting “Xərclərə nəzarət üzrə mühasib” (Cost controller) vakansiyasını elan edir. İş barədə məlumat İş qrafiki: 6 gün (şənbə günü yarı iş günüdür) İş yeri: Xətai pr. 2 (28 May metrosunun yaxınlığı) Əmək haqqı: Razılaşma yolu ilə Namizədə tələblər Müvafiq sahədə minimum 2 il iş təcrübəsi, restoran sahəsində təcrübəsi mütləqdir. Ali təhsil (Maliyyə, Mühasibat, Audit üzrə və ya bunlara uyğun ixtisaslar üzrə təhsilli olması arzuolunandır); Reseptlərin hesablanması və maya dəyərinin təhlili haqqında bilik; Dil bilikləri: Azərbaycan dili, rus dili; MS Offis proqramlarını; Riyazi, məntiqi biliklər; Vəzifə öhdəlikləri: Gündəlik qida dəyərinin hesabatının yoxlaması. Xərclərin İzlənməsi üçün sistemlərin yaradılması. Maliyyə məlumatlarının təhlili və zəif nöqtələrin müəyyən edilməsi Malların xarab olmasının, itkisinin səbəbini araşdırmaq. Verilməsi, alınması, qəbul, ötürülməsinə dair qayda və prosedurlara riayət olunmasını təmin etmək. Aylıq inventor prosesi və sistemi sonunda düzgün idarə etmək. Menyu qiymətlərni yazmaq, aylıq hesabatları hazırlamaq. Aylıq bazar qiymətlərini müşahidə etmək. Ayda ən azı bir dəfə bazar qiymətlərini araşdırıb qiymət siyahısını təqdim etmək. Aylıq istifadə olunmuş mallar haqqında hesabatı təqdim etmək. Bütün şöbələr üzrə ayrı-ayrılıqda cost hesabatını təqdim etmək Məhsuldarlığın İdarə Edilməsi vasitəsilə stok tələblərinin analizi. Porsiyalara nəzarət vasitəsilə artıq qalıqların nəzarəti. Daxili oğurluq və zərərlərə nəzarət edilməsi. Günlük və həftəlik hesabat, restoran xərclərinə nəzarət etmək üçün gündəlik, həftəlik və aylıq hesabatların təqdim edilməsi. Xammal keyfiyyətinin izlənilməsi və idarə edilməsi. Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz şəkilli cv-lərini mövzu hissəsində “Xərclərə nəzarət üzrə mühasib” (Cost controller) qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.