Görəcəyiniz işlər: • ABB–nin fəaliyyəti ilə bağlı müqavilələrin, o cümlədən digər zəruri sənədlərin hazırlanmasında, təkmilləşdirilməsində iştirak etmək, qeyri-rezidentlərlə bağlanması nəzərdə tutulan müqavilələrin və hüquqi əhəmiyyətə malik olan digər sənədlərin hüquqi ekspertizasını həyata keçirmək; • ABB-nin fəaliyyətinə təsiri olan beynəlxalq hüquq normalarının tətbiqi və daim izlənilməsi ilə bağlı lazımi işləri görmək; • ABB-nin gündəlik fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin araşdırılması və hüquqi rəylərin verilməsi istiqamətində ona verilən tapşırıqları yerinə yetirmək; • ABB-nin mənafelərinin qorunması üçün xarici elementli iddia ərizələrinin yazılması, müraciətlərin edilməsi, məhkəmə proseslərində iştirak, habelə qeyd edilən məqsədlər üçün xarici hüquq firmaları ilə əməkdaşlıq istiqamətində zəruri tədbirləri görmək, müvafiq tapşırıqları icra etmək; • Qeyri-rezidentlər, o cümlədən xarici dövlətlər və onların diplomatik nümayəndəlikləri ilə bağlanılan bütün əqdlərə hüquqi rəy verilməsi və əlaqədar yazışmaların aparılması istiqamətində verilən tapşırıqları icra etmək; • Qeyri-rezidentlərlə əlaqədar yaranan vergi münasibətlərinin tənzimlənməsində iştirak etmək, bu istiqamətdə zəruri tədbirlər görmək; • ABB-nin fəaliyyəti üzrə əhəmiyyətli hesab edilən xarici qanunvericilik aktları ilə tanış olmaq, spesifik məsələlərlə bağlı yerli və xarici qanunvericilik araşdırmaları etmək; • Zəruri hallarda, tələb olunan sənədlərin notarial qaydada təsdiq olunması, leqallaşdırılması və apostil olunması ilə bağlı işlərin görülməsi üçün verilən tapşırıqları yerinə yetirmək; • Şöbənin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə daxil olmuş məktublara qanunvericiliyə və bankdaxili qaydalara müvafiq olaraq baxılmasında və tələb olunduğu halda, cavablar hazırlanmasında iştirak etmək; • ABB-nin təsisçiliyi ilə ölkədən kənarda yaradılmış qurumlar və bank arasında hüquqi məsələlərlə bağlı kommunikasiya qurmaq və müvafiq istiqamətdə zəruri hüquqi araşdırmalar aparmaq, rəylər vermək; • Bankdaxili qaydalara uyğun olaraq, işinə dair hesabatların hazırlanmasını və təqdim edilməsini təmin etmək; • İş prosesində ortaya çıxan digər məsələlərin vaxtında və keyfiyyətli həllini təmin emək; Bizim üçün uyğun namizəd: • Hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi; • Hüquq sahəsində minimum 1 il iş təcrübəsi; • Azərbaycan Respublikasının qanunvericiliyinin, xüsusilə bankların fəaliyyəti ilə bağlı zəruri qanunvericilik aktlarının yaxşı səviyyədə mənimsənilmiş olması; • Hüquq sahəsində praktiki və nəzəri biliklər; • Yüksək səviyyədə Azərbaycan, rus və ingilis dili bilikləri; • MS Office proqramları üzrə praktiki biliklər; • İşgüzar müstəvidə yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, analitik təhlil, vaxtın düzgün idarə olunması üzrə zəruri bacarıqlar; • Kritik düşüncəli, təşəbbüskar, məsuliyyətli olmaq; • Problemləri həll etmə, qərar vermə, araşdırma və komanda ilə effektiv işləmə bacarıqları.  

Maaş

Razılaşma ilə

Monthly based

Məkan

Bakı, Azərbaycan

İşə Baxış
Elan əlavə edildi:
10 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Contractual
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
Fresher
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Azərbaycan