VAKANSİYA: Baş Mühasib
İş yeri: Bakı şəhəri, Əhməd Cavad 1 - Axundov bağı yanı
İş rejimi: Tam ştat
Əmək haqqı: 1500-2000
Vəzifə öhdəlikləri:
Şirkətin mühasibat uçotunun yerli qanunvericiliyə uyğun təşkili və idarə olunması
Vergi, DSMF, Statistika və digər rəsmi hesabatların hazırlanması və təqdim olunması
Bank əməliyyatlarının və kassa uçotunun düzgün aparılması
Əmək haqqı, məzuniyyət, ezamiyyə və digər ödənişlərin hesablanması
E-qaimə, ƏDV hesab fakturalarının hazırlanması
Audit və yoxlamalar zamanı lazımi məlumatların təmin edilməsi
Maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması
Tələblər:
Ali iqtisadi və ya maliyyə təhsili
Mühasib və ya baş mühasib kimi minimum 5 il iş təcrübəsi
Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər aidiyyəti qanunvericiliklər barədə biliklər
BTP, e-taxes, e-gov sistemləri ilə işləmək bacarığı
MS Office proqramlarında sərbəst işləmə bacarığı, xüsusən Excel
Diqqətli, məsuliyyətli və analitik düşünmə qabiliyyəti olan şəxs
Üstünlük sayılacaq:
Logo / 1C / Mikro ERP proqramlarından birində təcrübə
Komanda idarəetmə təcrübəsi
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Mövzu hissəsində “Baş Mühasib” qeyd olunmalıdır.