Aparatın işinin təşkili və icrasına nəzarət şöbəsinin mütəxəssisi
at
ABB
Contractual
Elanın bitmə vaxtı
4 həftə sonra
Görəcəyiniz işlər:
Bankın idarəetmə orqanları və daxili komitələrinin iclaslarını təşkil etmək;
Bankın idarəetmə orqanları və daxili komitələrinin iclaslarında katiblik funksiyasını icra etmək, həmin iclasların protokollarını hazırlamaq;
Bankın idarəetmə orqanları və daxili komitələri tərəfindən qəbul edilmiş qərarların layihələrini Bankın aidiyyəti struktur bölmələri ilə birgə hazırlamaq;
Bankın idarəetmə orqanları və daxili komitələri tərəfindən qəbul edilmiş qərarların uçotunu aparmaq, onları saxlamaq və Bankın aidiyyəti struktur bölmələrinə çatdırmaq.
Bizim üçün uyğun namizəd:
Hüquq və ya iqtisadi sahə üzrə ali təhsilə;
Azərbaycan dilində yüksək səviyyədə yazma qabiliyyətinə;
İngilis dili yüksək səviyyədə olan;
Mükəmməl səviyyədə MS Office (PowerPoint, Excel, Word) proqramları ilə işləmək bacarığına;
Konfidensial məlumatlar və stress altında işləmək bacarığına sahib olan şəxsdir.